BƏƏ-də 12 binadan ibarət yaşayış kompleksi yanır

BƏƏ-də 12 binadan ibarət yaşayış kompleksi yanır
# 28 mart 2016 22:38 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərində, Əcman və Şərca əmirlikləri sərhədində yaşayış kompleksi yanır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda alov 12 binadan 2-sini əhatə edib, yanğının ətrafa yayılma təhlükəsi var.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, sakinlər evakuasiya olunur. Hadisənin başvermə səbəbləri və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR