Dalaman-Bakı aviareysi ilə gələn şəxsdən soyuq silah götürülüb

 Dalaman-Bakı aviareysi ilə gələn şəxsdən soyuq silah götürülüb
# 01 sentyabr 2016 12:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dalaman-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR