Azərbaycan dövlət sərhədini pozmaq istəyən yeddi banqladeşli tutulub

Azərbaycan dövlət sərhədini pozmaq istəyən yeddi banqladeşli tutulub
# 29 dekabr 2015 07:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan dövlət sərhədinin pozulması cəhdlərinin qarşısı alın­ıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya bildirilib ki, dekabrın 19-da Biləsuvar rayo­nu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbay­candan İran istiqamə­tində dövlət sərhədini pozmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respub­lika­sı vətən­daşları saxlanılıb. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təh­lü­kə­siz­lik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış təd­bir­ləri nəti­cə­sində əcnəbi vətəndaşların dövlət sərhə­din­dən qeyri-qanuni yolla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış təd­birləri nəti­cə­sində isə Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhər sa­ki­ni Məm­mə­dov Şükür Eyvaz oğlunun vasitəçiliyi ilə Beyləqan rayonunun Əmir­zeyidli kəndi əra­­zisindəki sərhəd zasta­va­sı­nın xidməti sahəsində dövlət sərhə­din­dən qeyri-qanuni yolla İran İslam Respublikasına keç­mə­yə cəhd göstərən Banqladeş Şoman Barman Çan­dra, Devan Muhammad Sa­lad­­din və onlara bələdçilik edən İran vətəndaşları Mu­­radi Möhsün Əhməd oğlu, Muradi Nadir Kio­mir­zə oğlu sax­lanı­l­­ıb.

Hadisə yerində sərhəd pozucularına məxsus «Maqneum» markalı tüfəng, 26 ədəd patron, rezin qayıq və durbin aşkarlanıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR