"Moody`s" SOCAR-ın kredit reytinqini dəyişə bilər

"Moody`s" SOCAR-ın kredit reytinqini dəyişə bilər
# 11 fevral 2016 12:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Moody's" beynəlxalq reytinq agentliyi SOCAR-ın kredit reytinqini Azərbaycanın dövlət istiqrazlarının və suveren reytinqinin aşağı salmasını baxımından neqativ kimi qiymətləndirib. "APA-Economics" xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda qeyd olunur.

Agentliyin mütəxəssisləri hesab edir ki, SOCAR bütünlüklə dövlətə məxsus olduğundan onun reytinqi də ilkin olaraq neqativ kimi qiymətləndirilir. Lakin bu qiymətləndirmənin SOCAR-ın reytinqinə birbaşa təsir yoxdur.

"Neftin qiymətinin aşağı düşməsi səbəbi ilə 2016-cı ildə SOCAR-ın kreditləşməsi daha da zəifləyəcək. Cari ildə neftin qiymətinin ilin əvvəli ilə müqayisədə kəskin dəyişəcəyini proqnozlaşdırmırıq, lakin hesab edirik ki, Brent markalı neftin 1 barelinin orta qiyməti 2016-cı ildə 33 dollara bərabər olacaq", - deyə agentlik bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR