ABŞ Quru Qoşunları beş hərbi bazada kiçik modul nüvə reaktorlarının tikintisi üçün ümumilikdə 2,2 milyard dollar alacaq şirkətləri seçib.
APA xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, vəsait "Antares Nuclear", "BWXT Advanced Technologies", "General Atomics Electromagnetic Systems", "Radiant Industries" və "Westinghouse Government Services" şirkətlərinə veriləcək.
Kiçik modul reaktorların ABŞ-ın Corciya, Kentukki, Nyu-York, Şimali Karolina və Texas ştatlarında yerləşən hərbi bazalarda tikilməsi nəzərdə tutulur.
ABŞ Quru Qoşunlarının planlarına əsasən, ölkənin hərbi bazalarında 20-dən çox kiçik modul reaktor inşa ediləcək. ABŞ hərbçiləri bunun genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verdiyi halda belə hərbi obyektlərin fəaliyyətini davam etdirməsinə imkan verəcəyini gözləyirlər.