ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini İranla razılıq əldə olunmasa belə təmin edəcəyini açıqlayıb.
Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp problemi sülh yolu ilə həll etmək istəyir, lakin bunun üçün hər iki tərəfin razılığı vacibdir. Rayt qeyd edib ki, razılaşma əldə olunmasa, ABŞ İranın əməkdaşlığı olmadan da Hörmüz boğazında gəmi hərəkətini təmin etməyə davam edəcək.
Nazir əlavə edib ki, hazırda Fars körfəzindən gündə təxminən 14 milyon barel neft ixrac olunur.
Bunun yarısı Hörmüz boğazı, digər yarısı isə boru kəmərləri vasitəsilə daşınır.