İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək.
APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.
O qeyd edib ki, İranda rejim dəyişib: “Bu, sözdə rejim dəyişikliyi müharibəsi deyil, amma rejim şübhəsiz ki, dəyişdi”.
ABŞ müharibə naziri ABŞ-ın bu müharibəyə başlamadığını, lakin Prezident Trampın rəhbərliyi altında onu bitirmək niyyətində olduğunu qeyd edib.
O vurğulayıb ki, “əgər kimsə dünyanın hər hansı bir yerində amerikalıları öldürərsə və ya təhdid edərsə, ABŞ bu cür şəxsləri tərəddüd etmədən və üzr istəmədən təqib edib məhv edəcək”.