Bank Of Baku

ABŞ Konqresinin Büdcə İdarəsi hakerlərin hücumuna məruz qalıb

ABŞ Konqresinin Büdcə İdarəsi hakerlərin hücumuna məruz qalıb
# 07 noyabr 2025 04:57 (UTC +04:00)

ABŞ Konqresinin Büdcə İdarəsi xaricdən qaynaqlandığı güman edilən kiberhücuma məruz qalıb.

APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Mənbələrinə görə, hakerlər Konqres tərəfindən qanunvericilik layihəsi hazırlanarkən istifadə edilən əsas maliyyə məlumatlarına icazəsiz giriş əldə etmiş ola bilərlər.

Hücum son günlərdə aşkar edilib. Qəzetin məlumatına görə, ABŞ rəsmiləri məlumatların Vaşinqtonun rəqib hesab etdiyi ölkələrin hökumətlərinə sızdırıla biləcəyinə inanırlar.

Qeyd edək ki, Büdcə İdarəsi ABŞ Konqresində ona iqtisadi məlumatlar, qiymətləndirmələr və proqnozlar təqdim edən federal agentlikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR