Bank Of Baku

ABŞ nüvə silahlarının sayının artırılması variantını nəzərdən keçirəcək

ABŞ nüvə silahlarının sayının artırılması variantını nəzərdən keçirəcək
# 20 noyabr 2024 02:58 (UTC +04:00)

ABŞ yaxın gələcəkdə ölkənin nüvə silahlarının sayını artırmaq məsələsini nəzərdən keçirməli olacaq.

APA xəbər verir ki, bunu ABŞ-ın Strateji Komandanlığının (STRATCOM) rəhbəri general Entoni Koton bildirib.

"Mən gizli olmayan bir məlumat gördüm. Bu məlumat ümumilikdə ABŞ Konqresində fəaliyyət göstərən Strateji Qüvvələr Komissiyasının hesabatları ilə uyğundur. Həmin reallığa uyğun olaraq, biz ciddi şəkildə qiymətləndirəcəyik ki, hazırkı qüvvələrimiz iki potensial düşmənə (Rusiya və Çin) və üçüncü tərəflərə qarşı risk yaratmağa kifayət edirmi", - deyə o Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki seminarda bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR