Bank Of Baku

ABŞ Qəzzada atəşkəsə nəzarət etmək üçün İsrailə hərbi birlik göndərəcək

ABŞ Qəzzada atəşkəsə nəzarət etmək üçün İsrailə hərbi birlik göndərəcək
# 10 oktyabr 2025 03:26 (UTC +04:00)

ABŞ Qəzza zolağında atəşkəs razılaşmasına dəstək vermək və razılaşmaya riayət olunmasına nəzarət etmək üçün İsrailə təxminən 200 hərbçi yerləşdirəcək.

APA xəbər verir ki, bu barədə cümə axşamı ABŞ administrasiyasındakı mənbələrə istinadən “Associated Press” (AP) məlumat yayıb.

AP-nin məlumatına görə, beynəlxalq missiyaya ABŞ-ın tərəfdaş dövlətlərinin hərbi qulluqçuları, həmçinin qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin nümayəndələri daxil olacaq.

Agentliyin mənbələri onu da qeyd edib ki, ABŞ rəhbərliyi İsraildə Qəzza zolağına humanitar yardımın çatdırılmasını tənzimləyəcək və logistika və təhlükəsizlik yardımı göstərəcək hərbi-mülki koordinasiya mərkəzi yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR