ABŞ Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə icazə verə bilər

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə icazə verə bilər
# 23 may 2024 11:57 (UTC +04:00)

ABŞ Konqresinin təşəbbüsü ilə Dövlət Departamenti Ukraynaya göndərilən silah-sursatdan, eləcə də hava hücumundan müdafiə vasitələrindən Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirilməsinə icazə verilməsi məqsədilə Prezident Co Baydenə müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, hazırda Dövlət Departamenti Antoni Blinkenin də dəstəklədiyi təklifə uyğun olaraq Pentaqona müvafiq icazə səlahiyyətinin verilməsi məsələsini nəzərdən keçirir.

Xatırladaq ki, əvvəllər bu struktur təklfiin əleyhinə olsa da, Rusiyanın hücumların intensivliyini artırması, xüsusilə də Xarkovun şiddətli hücuma məruz qalması Dövlət Departamentinin mövqeyini dəyişib. “The New York Times” onu da yazıb ki, Böyük Britaniya artıq analoji icazənin verildiyi barədə qərarı Ukrayna hökumətinə təqdim edib.

Rəsmi Vaşinqtonla Londonun mövqeyindəki dəyişiklik ukraynalı hərbçilərin yaxın gələcəkdə adı çəkilən ölkələrin ərazisində təlimlərə cəlb olunması prosesini də sürətləndirə bilər.

Qeyd edək ki, haqqında bəhs olunan icazələrin verilməsi xahişi ilə Nümayəndələr Palatasının bir qrup üzvü müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR