“Neftçi” mənə iki dəfə təklif göndərdi” – çexiyalı futbolçu

“Neftçi” mənə iki dəfə təklif göndərdi” – çexiyalı futbolçu
# 18 iyul 2017 14:23 (UTC +04:00)

Bakı – APA. “Bakı mənim çox xoşuma gəldi. Həm futbol, həm ətraf mühit, ümumiyyətlə hər şey yaxşı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Zdenek Folprext deyib.

Ötən mövsümün ikinci yarısında icarə əsasında “ağ-qaralar”ın formasını geyinən çexiyalı yarımmüdafiəçi müqavilə ilə bağlı olduğu “Slovan”a qayıdıb. O, vətənində verdiyi müsahibədə “Neftçi” və bu komandada qalmaq variantından da danışıb: “Azərbaycanın paytaxtı gözəl şəhərdi. Mən də komandanın oyunlarının təxminən 95 faizində oynadım. Bir sözlə, başım öz işimə qarışmışdı. Bu yarımmövsümlük Azərbaycan karyerama görə təəssüflənmirəm. Lakin mən valideynlərimi, dostlarımı görmək istəyirdim. Ona görə məşqimizlə danışıb geri döndüm. “Slovan”a qayıtmazdan öncə başqa variantları da nəzərdən keçirdim. “Neftçi” də məni almaq istəyirdi. İki dəfə təklif göndərdilər. Amma alınmadı. Çünki yaxşı və ya pisliyindən asılı olmayaraq, bu variant mənim üçün deyildi. Şadam ki, indi evimdəyəm”.

Qeyd edək ki, Zdenek “Neftçi”nin heyətində 14 çempionat və 2 kubok oyunu keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR