ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşləri başa çatdırıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" hesabında paylaşım edib.
"Prezident Tramp Oval kabinetdə Prezident Zelenski və Baş nazir Netanyahu ilə görüşlərini başa çatdırıb. Hər iki görüş müsbət və məhsuldar keçib", - deyə paylaşımda deyilir.
***
20:32
ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.
Bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Netanyahu Ağ Evə xidməti girişdən daxil olub.
Qeyd olunur ki, ABŞ tərəfi görüş çərçivəsində media nümayəndələri ilə təmasları planlaşdırmayıb.
Bu səbəbdən Tramp və Netanyahunun birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulmur.