Bank Of Baku

Azərbaycanın Özbəkistandakı səfiri etimadnaməsini Prezident Şavkat Mirziyoyevə təqdim edib

Azərbaycanın Özbəkistandakı səfiri etimadnaməsini Prezident Şavkat Mirziyoyevə təqdim edib

© APA | Azərbaycanın Özbəkistandakı səfiri etimadnaməsini Prezident Şavkat Mirziyoyevə təqdim edib

# 28 iyul 2026 14:39 (UTC +04:00)

Azərbaycanın Özbəkistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

APA xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" sosial şəbəkəsində paylaşım edib.

Səfir bildirib ki, etimadnaməsini təqdim etməklə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyətinə rəsmi şəkildə başlayıb.

Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında yüksək etimada əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub. Tərəflər dövlət başçılarının müəyyən etdiyi strateji kursa uyğun olaraq iqtisadiyyat, investisiya, nəqliyyat, logistika və digər prioritet sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əzmi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR