Bakıda Azərbaycan-Monako biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Monako biznes forumu keçiriləcək
# 27 oktyabr 2016 14:27 (UTC +04:00)

Bakıda Azərbaycan-Monako biznes forumu baş tutacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "APA-Economics"ə verilən məlumata görə, biznes forum noyabrın 7-də keçiriləcək.

Forumda qida sənayesi, ticarət, səhiyyə, turizm, logistika, nəqliyyat, bankçılıq, maliyyə, mebel sənayesi, İKT, sığorta, konsaltinq, bərpa olunan enerji, tədris, dekor istehsalı, saat istehsalı, daşınmaz əmlak sahələrində fəaliyyət göstərən Monako şirkətlərinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR