Sumqayıt, Gəncə və Abşeronda I sinfə qəbul üzrə 14 minə yaxın sorğu yerləşdirilib

Sumqayıt, Gəncə və Abşeronda I sinfə qəbul üzrə 14 minə yaxın sorğu yerləşdirilib
# 06 aprel 2018 15:09 (UTC +04:00)

2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün olan məlumata əsasən, mektebeqebul.edu.az vasitəsilə yuxarıdakı bölgələr üzrə I sinfə qəbul üçün 13 504 sorğu yerləşdirilib.

“Abşeron rayonu üzrə 5048, Gəncə şəhəri üzrə 3568, Sumqayıt şəhəri üzrə isə 4888 nəfərin sorğusu qeydə alınıb. Bu bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayı 17 873 nəfər olacağı proqnozlaşdırılır. Məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı 15 sentyabrdək davam edəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Martın 12-dən isə Sumqayıt, Gəncə və Abşeronda I sinfə qəbul üzrə qəbul başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR