Bank Of Baku

XİN-də işə qəbul üzrə sınaq imtahanına qeydiyyat başlayıb

XİN-də işə qəbul üzrə sınaq imtahanına qeydiyyat başlayıb
# 08 dekabr 2021 12:06 (UTC +04:00)

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, imtahan dekabrın 26-da keçirilir.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək həyata keçirilir.

İmtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR