Türk lirəsi antirekord yeniləməkdə davam edir - YENİLƏNİB

Türk lirəsi antirekord yeniləməkdə davam edir - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2017 11:06 (UTC +04:00)

Türk lirəsi antirekord yeniləməkdə davam edir

Türk lirəsinin ABŞ dollarına nisbətən məzənnəsi növbəti antirekorda imza atıb. "APA-Economics" xəbər verir ki, bugünkü ticarət sessiyasında dollar 3,7253 lirəyədək bahalaşıb.

“Bloomberg” agentliyinin məlumatına görə, 24 inkişaf edən bazar arasında ən pis nəticə göstərən valyuta olub. Beləliklə, həftənin ilik iş günündə dollara nəzərən lirənin məzənnəsi 2% ucuzlaşıb.

Bundan öncə, 1 dollar 3,6494 lirəyədək yüksəlsə də sonradan 0,04 lirə ucuzlaşaraq 3,6483 lirə səviyyəsinə enib.

*** SAAT 09:28

Türk lirəsinin ABŞ dollarına nisbətən məzənnəsi növbəti antirekorda imza atıb. "APA-Economics" xəbər verir ki, bugünkü ticarət sessiyasında dollar 3,6494 lirəyədək bahalaşıb.

Bundan öncə, dekabrın 6-da gecə saatlarında dolların 3,6483 lirəyədək bahalaşması ilə bütün dövr ərzində ən yüksək göstərici qeydə alınıb. Amma ticarət sessiyası dollar/lirə məzənnəsi üçün 3,6474 səviyyəsi ilə yekunlaşıb.

Bu həftənin ilk iş günündə 1 dollar 3,6494 lirəyədək yüksəlsə də sonradan 0,04 lirə ucuzlaşaraq 3,6483 lirə səviyyəsinə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR