Litva nümayəndə heyətinin rəhbəri: “Avropada seçici fəallığı Azərbaycandakından az olur”

Litva nümayəndə heyətinin rəhbəri: “Avropada seçici fəallığı Azərbaycandakından az olur”
# 12 aprel 2018 08:23 (UTC +04:00)

“Bizim Assambleyanın üzvləri Bakıda bir neçə məntəqədə müşahidə apardılar. Mən çox şadam ki, seçki ilə bağlı ciddi hazırlıq işləri görülmüşdü”.

APA-nın məlumatına görə, bunu aprelin 11-də prezident seçkilərində Bakıda müşahidə aparan Baltik Assambleyasının prezidenti, Litva parlamenti nümayəndə heyətinin rəhbəri Valerius Simulik deyib.

O, bildirib ki, məntəqələrdə seçici fəallığının şahidi olublar: “Hər kəs azad və sərbəst şəkildə öz namizədinə səs verirdi. Sizin ölkənizdə insanlar seçkilərdə çox fəallıq göstərirlər. Avropa ölkələrində seçici fəallığı buradan az olur. Seçki prosesi tam qanunauyğun keçirildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR