ABŞ administrasiyası İranın Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı təklifini təcili şəkildə qəbul etməyə ehtiyac görmür.
Bu barədə CBS ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi bildirib ki, Vaşinqton hazırkı mövqeyini güclü hesab edir və buna görə də qərar verməyə tələsmir. Onun sözlərinə görə, son 48 saat ərzində Hörmüz boğazından təxminən 40 milyon barel neft daşınıb.
ABŞ rəsmisi Vaşinqtonun vasitəçilər üzərindən “müsbət və konstruktiv” məsləhətləşmələr apardığını da bildirib.
İran tərəfi ABŞ-yə müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazında normal gəmiçiliyin yeddi gün ərzində bərpasını nəzərdə tutan plan təqdim etdiyini açıqlayıb.