Bank Of Baku

DİN: ABŞ müttəfiqlərinin Rusiya nefti almasına icazə verə bilməz

DİN: ABŞ müttəfiqlərinin Rusiya nefti almasına icazə verə bilməz
# 11 noyabr 2025 00:58 (UTC +04:00)

ABŞ müttəfiqlərinin Rusiyadan neft və qaz almasına icazə verə bilməz.

APA xəbər verir ki, bunu ABŞ daxili işlər naziri Duq Burqum “Fox News”a müsahibəsi zamanı deyib.

"Biz müttəfiqlərimizin terrorçu maşınını maliyyələşdirən və müharibə maşınını maliyyələşdirməyə davam edən Rusiya və ya İran neft və qazı almasına icazə verə bilmərik", - o deyib.

Nazir əlavə edib ki, Vaşinqton digər ölkələrlə ticarət danışıqlarında həmişə enerji məsələsini qaldırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR