Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə yeni orta məktəb istifadəyə verilib

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə yeni orta məktəb istifadəyə verilib
# 14 oktyabr 2016 13:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonundakı Ləmbəli kəndində dövlətin köməyi ilə yeni tikilən üçmərtəbəli məktəbin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstan elm və təhsil nazirinin müavinləri Ketevan Natriaşvili və Liya Qiqauri iştirak edib. Sonra məktəbə baxış keçirilib.

Məktəbdə istilik sistemi yaradılıb, idman və akt zalı, kitabxana, həkim otağı, informasiya texnologiyaları və təbiət elmləri üzrə sinif otağı, yeməkxana və 300 kv.metrlik oyun meydançası mövcuddur. Hazırda məktəbin ərazisində yaşıllaşdırma işləri davam edir.

Məktəbdə 1100 şagirdə 70-dən çox müəllim dərs deyəcək.

Qeyd edək ki, Ləmbəli orta məktəbinin şagirdləri 8 ildir ki, kirayə tutulmuş şəxsi evlərdə təhsillərini davam etdirirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR