Ekvadorda daxili vəziyyət gərginləşib.
APA TASS-a istinadən xəbər verir ki, Prezident Daniel Noboa ölkədə “daxili silahlı münaqişə” rejimi elan edib.
Bu addım ölkədə kriminogen durumun gərginləşməsi fonunda atılıb.
Polisin bildirdiyinə görə, Ekvadorun Quayaquil və qonşu Nobol şəhərində iğtişaşlar zamanı ən azı 10 nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub.