Metroda qoruyucu maska satan şəxs saxlanılıb - YENİLƏNİB

Metroda qoruyucu maska satan şəxs saxlanılıb - YENİLƏNİB
# 05 mart 2020 13:57 (UTC +04:00)

"Bakı Metopoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metro qatarlarında qoruyucu maska satılması ilə bağlı yayılmış videogörüntrülərə münasibət bildirib.

B.Məmmədov APA-ya bildirib ki, martın 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər: "Bununla bağlı operativ tədbir görülüb. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.

Metropolitenin sərnişinlərindən xahiş edirəm ki, belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir".

B.Məmmədov bütün sərnişinləri metropolitendən istifadə qaydalarına riayət etməyə çağırıb.

***

13:44

Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə aparılıb.

Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR