"Tottenhem" Çempionlar Liqasına vəsiqə qazansa, Joze Mourinyo 2 milyon mükafat alacaq

"Tottenhem" Çempionlar Liqasına vəsiqə qazansa, Joze Mourinyo 2 milyon mükafat alacaq
# 17 yanvar 2020 13:27 (UTC +04:00)

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyoya vəd edilən mükafatın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunun üçün London klubu mövsümün yekunlarına əsasən Çempionlar Liqasına yüksəlməlidir.

Bu vəzifənin öhdəsindən gəlinsə, portuqaliyalı mütəxəssis 2 milyon funt sterlinq alacaq. Məsələ ondadır ki, paytaxt təmsilçisi üçün qitənin ən nüfuzlu klub turnirinin daimi iştirakçısına çevrilmək prioritetdir.

Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 8-ci sıradadır. Londonlular Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədəki “Çelsi”dən 9 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR