Minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Minik avtomobili yük maşını ilə toqquşub, ölən var
# 10 iyul 2018 10:00 (UTC +04:00)

Abşeronda minik avtomobili yük maşını ilə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-da saat 3 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Tural Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini Pənah Mirzəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Qurbanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR