Bank Of Baku

KİV: ABŞ-ın vitse-prezidenti Roma Papası ilə Türkiyənin İznik şəhərinə gedəcək

KİV: ABŞ-ın vitse-prezidenti Roma Papası ilə Türkiyənin İznik şəhərinə gedəcək
# 07 noyabr 2025 18:34 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Roma Papası XIV Leonu Türkiyənin İznik şəhərinə səfərində müşayiət edəcək.

APA xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Məlumata görə, Papa və ABŞ-ın vitse-prezidenti Türkiyənin İznik şəhərində Birinci Nikeya Şurasının toplanmasının 1700-cü ildönümünü qeyd edəcəklər.

Onlar İznik gölündə batmış qədim xristian memarlığının qalıqlarını ziyarət edəcəklər.

Qeyd edək ki, Roma Papası XIV Leonun 27–30 noyabr tarixlərində Türkiyədə səfərdə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR