Bank Of Baku

KİV: Tramp Davosdakı Dünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 14 noyabr 2025 01:02 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın 2026-cı ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Trampın Davosa səfəri ABŞ-la İsveçrə arasında ticarət sazişi üzrə danışıqlar fonunda iki ölkə münasibətlərinin yaxşılaşdığını göstərir.

Gözlənilir ki, ABŞ lideri foruma geniş tərkibli nümayəndə heyəti ilə qatılacaq.

Xatırladaq ki, Tramp 2025-ci ildə Davos forumunda videobağlantı vasitəsilə iştirak etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR