Bank Of Baku

Kubada neft emalı zavodunda yanğın olub

Kubada neft emalı zavodunda yanğın olub
# 14 fevral 2026 05:58 (UTC +04:00)

Kubanın paytaxtı Havanadakı Niko Lopes neft emalı zavodunun neft məhsulları anbarında baş verən yanğın nəzarət altına alınıb.

APA xəbər verir ki, bu barədə Kubanın Energetika və Mədən Nazirliyi məlumat verib.

"Bu gün günortadan sonra Niko Lopes neft emalı zavodunda yerləşən anbarlardan birində baş verən yanğın nəzarət altına alınıb. Səbəb müəyyən edilir", - nazirliyin “X” səhifəsində bildirilir.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR