Paşha Bank
Bank Of Baku

Kuşner: Tramp Putin və Si Cinpinə Ukraynada sülhə nail olmaq istədiyini bildirib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner

© APA | ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner

# 19 noyabr 2026 21:45 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşdə Ukraynada sülhə nail olmaq niyyətini ifadə edib.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Berlində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Tramp Şençjendəki danışıqlar zamanı hər iki liderə Ukrayna münaqişəsinin həlli istiqamətində fəal əməkdaşlığa hazır olduğunu çatdırıb.

“Prezident Tramp Stiv Uitkoffu və məni buraya göndərdi. Daha sonra özü görüş zamanı zəng edərək Şençjendə Si Cinpin və Vladimir Putinlə apardığı məsləhətləşmələr barədə məlumat verdi. O, hər iki liderə sülhə nail olmaq istədiyi və bunun üçün onlarla fəal əməkdaşlığa hazır olduğu barədə çox aydın mesaj verib”, – Kuşner bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR