ABŞ məhkəməsi Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin narkotik qaçaqmalçılığı işi üzrə məhkəmə prosesinin 1 iyun 2027-ci ildə başlanması ilə bağlı qərar qəbul edib.
APA xəbər verir ki, Nyu-York federal məhkəməsinin hakimi Alvin Hellerstaynın qərarına əsasən, tərəflərin təqdim edəcəyi vəsatətlər üzrə növbəti dinləmə 17 noyabr 2026-cı ildə keçiriləcək.
Müdafiə tərəfi Maduronun sabiq dövlət başçısı kimi toxunulmazlığa malik olduğunu və ABŞ-ın onu saxlamasının qanunsuz olduğunu iddia edərək işin bağlanmasını tələb etməyi planlaşdırır.
Qeyd edək ki, Maduro və Flores 2026-cı ilin yanvarında ABŞ tərəfindən saxlanılıb. Onlar narkotik qaçaqmalçılığı ilə bağlı irəli sürülən bütün ittihamları rədd edərək özlərini təqsirli bilməyiblər.
Maduro təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyə bilər.