Bank Of Baku

Meksika Kubaya neft tədarükünü dayandırıb

Meksika Kubaya neft tədarükünü dayandırıb
# 10 fevral 2026 00:23 (UTC +04:00)

Meksika ABŞ tərəfindən ticarət rüsumlarının tətbiqi təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti dayandırıb, lakin humanitar yardımı davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, hazırda neftin ixracı dayandırılıb və məqsəd Meksika üçün mümkün mənfi nəticələrin qarşısını almaqdır.

Onun sözlərinə görə, ABŞ-ın məhdudiyyətləri Kuba xalqına qarşı ədalətsizdir və ölkədə xəstəxanalar və məktəblər üçün yanacaq çatışmazlığı səbəbindən əhali əziyyət çəkir.

Şeynbaum vurğulayıb ki, Meksika Kubaya humanitar dəstəyi dayandırmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR