Bank Of Baku

Pentaqon rəsmisi: Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq

Pentaqon rəsmisi: Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq
# 17 noyabr 2025 02:48 (UTC +04:00)

ABŞ Quru Qoşunları ölkə prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin müvafiq əmri daxil olduğu halda, Venesuelada yerləşdirilə bilər.

APA xəbər verir ki, bunu ABŞ Quru Qoşunları naziri Daniel Driskoll bildirib.

Venesuela silahlı qüvvələrinin ABŞ üçün təhlükə yaradıb-yaratmadığı barədə sualı cavablandıran Driskoll bildirib ki, Quru Qoşunları bu regionda bir çox təlimlər keçirir.

O, həmçinin, əlavə edib ki, əgər prezident və ya müdafiə naziri bunu tələb edərsə, fəaliyyətə hazırdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR