Bakı sakini yeznəsini və onun atasını güllələyib

Bakı sakini yeznəsini və onun atasını güllələyib
# 11 dekabr 2017 07:07 (UTC +04:00)

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı sakini Vüsal Tufan oğlu Tanrıverdiyev aralarında yaranmış mübahisə zəminində bacısının əri Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açıb. Nəticədə ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Tanrıverdiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR