Prezident Sabirabadda quşçuluq fabrikinin fəaliyyəti ilə tanış olub

Prezident Sabirabadda quşçuluq fabrikinin fəaliyyəti ilə tanış olub
# 28 noyabr 2017 15:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunun Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.

APA-nın məlumatına görə, fabrikin ərazisində 10 ferma binası, hər birinin tutumu 2,5 min ton olan 6 silos və gücü saatda 5 ton olan yem zavodu tikilib.

Müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat güzəştli kredit və təşviqi sənəd verilib. Fabrikdə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğunun istehsalı nəzərdə tutulub. İstehsal olunan əmtəəlik yumurta və quş əti “Sabirabad Quşçuluq” brendi ilə istehlakçılara təqdim ediləcək.

Layihənin icrası nəticəsində 150 nəfər daimi iş yeri ilə təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR