Bank Of Baku

Qətər “Sülh Şurası”na dəstək üçün 1 milyard dollar ianə edəcək

Qətər “Sülh Şurası”na dəstək üçün 1 milyard dollar ianə edəcək
# 19 fevral 2026 20:59 (UTC +04:00)

Qətər “Sülh Şurası”nın Fələstin-İsrail münaqişəsinin yekun həllinə nail olmaq missiyasını dəstəkləmək üçün 1 milyard dollar ianə edəcəyinə söz verib.

APA xəbər verir ki, bu barədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib.

"Qətər, Fələstin dövlətçiliyi və tanınması, eləcə də İsrailin təhlükəsizlik və inteqrasiya arzularını təmin edən yekun həll yoluna nail olmaq məqsədi daşıyan şuranın missiyasını dəstəkləmək üçün 1 milyard dollar ianə edəcəyinə söz verib", - o, təşkilatın ilk iclasında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR