İTV Yayım Şurasına yeni namizədlər məlum olub - YENİLƏNİB

İTV Yayım Şurasına yeni namizədlər məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2017 12:28 (UTC +04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin adları açıqlanıb.

APA-nın məlumatına görə, bunlar Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Azər Həsrət, Yadigar Məmmədli, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən Cəfərov və Əli Cəfərovdur.

Məsələ MM-in plenar iclasına tövsiyə olunub.

***

saat 11.48

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlərin adları bu gün açıqlanacaq.

APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi” müzakirəyə çıxarılacaq.

İclasda namizədlərin plenar iclasa tövsiyə olunması üçün səsvermə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR