Bank Of Baku

Rubio ABŞ-ın Kuba Prezidentinin istefasını tələb etməsinə dair xəbərləri feyk adlandırıb

ABŞ Dövlət katibi Marko Rubio

© APA | ABŞ Dövlət katibi Marko Rubio

# 18 mart 2026 13:34 (UTC +04:00)

ABŞ Dövlət katibi Marko Rubio Tramp administrasiyasının Kuba Prezidenti Migel Dias-Kanelin istefasını tələb etməsinə dair xəbərləri təkzib edib.

APA xəbər verir ki, “X” hesabında “The New York Times” qəzetində dərc olunan məqaləyə münasibət bildirən Rubio ABŞ-ın Kuba Prezidentini devirmək niyyəti ilə bağlı məlumatı feyk adlandırıb.

O qeyd edib ki, ABŞ-da belə saxta xəbərlərin dərc olunmasının səbəbi bəzi media qurumlarının özlərini məlumatlı mənbə kimi təqdim edən şarlatan və yalançılara arxalanmalarıdır.

Xatırladaq ki, “The New York Times” ABŞ-ın danışıqlarda irəliləyiş əldə olunması üçün Kuba Prezidentinin vəzifədən getməsini şərt kimi qoyduğunu iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR