Gədəbəydə qadını döyərək, 40 min manatlıq qızılını aparıblar

Gədəbəydə qadını döyərək, 40 min manatlıq qızılını aparıblar
# 11 yanvar 2018 06:18 (UTC +04:00)

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü İbrahimova Rahilə Tapdıq qızı yaşadığı evdə naməlum şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R. İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb, evdə olan təxminən 40 min manat dəyərində olan qızıl zinət-əşyalarını aparıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR