Bank Of Baku

Tramp ABŞ-ın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb

Tramp ABŞ-ın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb
# 14 fevral 2026 09:23 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trump “Truth Social” hesabında Amerikanın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb.

APA xəbər verir ki, ABŞ Prezidenti bundan əvvəl bölgəyə əlavə hərbi qüvvələr göndərildiyini bildirib: “Bölgəyə əlavə hərbi qüvvələr göndərilir və daha çox qüvvə yoldadır.

"İranla danışıqların uğursuz olması halında, təyyarədaşıyan gəminin bölgədə olması lazımdır. İranla danışıqlar uğurlu olacaq. Əks təqdirdə, onlar üçün pis gün olacaq", - Tramp bildirib.

Ağ Ev lideri, eyni zamanda, İranda hakimiyyət dəyişikliyinin ən yaxşı nəticə olacağını qeyd edib.

“47 ildir ki, İran rəsmiləri danışır. Bu vaxt ərzində onlar danışarkən çoxlu insan itirmişik”, – o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR