Bank Of Baku

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır
# 08 noyabr 2025 02:58 (UTC +04:00)

Bu yaxınlarda Rumıniyadan bəzi ABŞ qoşunlarının çıxarılmasına baxmayaraq, ABŞ qoşunlarının Avropada ümumi sayı dəyişməz olaraq qalır.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüş zamanı deyib.

"Biz dəyişikliklər edirik. Qoşunları köçürürük. Lakin bu, eyni saydır, eyni ümumi saydır. Amma biz şəxsi heyəti köçürürük", - Tramp deyib.

Tramp həmçinin bunun Pentaqon tərəfindən verilən hansısa özbaşına qərar məsələsi olmadığını də əlavə edib sözlərinə belə davam edib: "Xeyr, onlar mənim dediklərimdən heç birini qulaqardına vurmurlar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR