Bank Of Baku

Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir

ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin

© APA | ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin

# 30 yanvar 2026 11:00 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya və Kanadaya xəbərdarlıq edib.

APA “Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Britaniya Baş naziri Kir Starmerin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra bu xəbərdarlığı edib.

Tramp Çinlə ticarət aparmağın çox təhlükəli olduğunu bildirib. O, eyni zamanda, Kanadaya da xəbərdarlıq edib.

“Bu, onlar üçün çox təhlükəlidir. Düşünürəm ki, Kanadanın Çinlə ticarət aparması daha təhlükəlidir. Kanada çətin dövrlər keçirir. Onların işləri yaxşı getmir və Çin problemi həll etmək üçün düzgün bir həll yolu kimi görülməməlidir. Mən Çini çox yaxşı tanıyıram”, - Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR