Bank Of Baku

Tramp İranda körpüləri və elektrik stansiyalarını məhv etməklə hədələyib

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 03 aprel 2026 10:25 (UTC +04:00)

ABŞ-ın İranda növbəti hədəfləri körpülər və elektrik enerjisi obyektləridir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

“Bizim ordumuz, hansı ki, dünyada ən güclüsüdür, hətta İranın qalan hissəsini məhv etməyə başlamayıb. Növbədə körpülər, sonra isə elektrik enerjisi təsisatları var. Yeni rejim nə edilməli olduğunu bilir və bu tez bir zamanda edilməlidir”, - Tramp vurğulayıb.

Qeyd edək ki, dünən ABŞ İranın Kərəc bölgəsində B1 körpüsünə zərbə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR