Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib.
APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki Qordana Silyanovska-Davkova bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan səfərlə bağlı mənim üçün yaxşı ölkədir. Təkcə COP və orada yüksək səviyyədə təşkilatçılıq işlərinə görə deyil, həm də Nizami Gəncəviyə görə. Mən onun haqqında çox şey öyrənmişəm. Onun sizin mədəniyyətiniz, tarixiniz və xalqınız üçün nə qədər mühüm şəxsiyyət olduğunu bilirəm. Həqiqətən də, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Forumda çox maraqlı müzakirələr aparıldı və mən onları heç vaxt unutmayacağam”, - deyə o, qeyd edib.