Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Meyxoş Cəfərovun cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
APA-nn xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb.
Lerik rayonunun Çayrud kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Meyxoş Ağası oğlu, qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış küçədə öldürüb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsi səbəb olub.
Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Xatirə Fərəcova 3 uşaq anası olub.