İsrail yaxın vaxtlarda Qəzza zolağında HAMAS hərəkatına qarşı hərbi əməliyyatları bərpa edə bilər.
APA xəbər verir ki, bunu Knesset sədrinin müavini, “İsrail – Bizim Evimiz” partiyasının deputatı Yevgeni Sova bildirib.
“Təəssüf ki, bu gün Qəzza zolağında HAMAS-ın silahlı dəstələrinə qarşı müqavimət göstərə biləcək hərbi qüvvə yoxdur. Bunu edə biləcək yeganə qüvvə İsrail Müdafiə Ordusudur. Buna görə də güc tətbiqi ssenarisini və ən yaxın zamanda HAMAS-a qarşı hərbi əməliyyatların bərpasını istisna etmək olmaz”, - o deyib.