Bank Of Baku

Tramp: Venesuela nefti ABŞ-a 500 il kifayət edəcək

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 10 sentyabr 2026 08:53 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə enerji razılaşması nəticəsində ölkəsinin 500 il üçün kifayət edəcək neft ehtiyatlarına çıxış əldə etdiyini iddia edib.

Tramp bunu Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı bildirib.

“Neftdən danışaq. Biz Venesuelanı nəzərə almasaq belə, dünyanın ən böyük neft istehsalçısıyıq. Venesuelanı isə bu yaxınlarda ehtiyatlarımıza əlavə etmişik. Bu, ən böyük neft sazişidir və yəqin ki, ölkəmizin tarixində ən böyük razılaşmadır. 65 milyard barel bizimdir. Bunun nə demək olduğunu bilirsiniz? Bu, bütün ömür üçün, 500 il deməkdir”, – Tramp deyib.

ABŞ Prezidenti Vaşinqtonla Karakas arasında “əla münasibətlərin” qurulduğunu da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR