Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcə yüksələcək - YENİLƏNİB - VİDEO

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcə yüksələcək - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 09:49 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 5-6-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR