Suriya müxalifətinin nümayəndəsi Soçi Konqresindən imtinanın səbəbini açıqlayıb

Suriya müxalifətinin nümayəndəsi Soçi Konqresindən imtinanın səbəbini açıqlayıb
# 27 yanvar 2018 01:23 (UTC +04:00)

Suriya müxalifəti Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcək.

APA-nın məlumatına görə, bunu Reuters agentliyinə Suriyanın Danışıqlar üzrə Komitəsinin nümayəndəsi Yəhya əl-Əridi təsdiqləyib.

Onun sözlərinə görə, rəsmi Dəməşq və Moskva tədbirlə bağlı lazımi öhdəliklərin yerinə yetirilməsini təmin etməyiblər.

“Konqres BMT-nin sülh danışıqlarında vasitəçi qismində səylərini pozmağa cəhddir”, deyə Y.Əl-Əridi vurğulayıb.

Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib. Milli Dialoq Konqresində 1600 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir. Rusiya XİN-i tədbirə müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, bir sıra regional və beynəlxalq tərəfdaşları dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR