Bank Of Baku

Uitkoff Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək

 ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff

© APA |  ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff

# 02 fevral 2026 19:20 (UTC +04:00)

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff BƏƏ-də Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda iştirak edəcək.

APA xəbər verir ki, bu barədə anonim ABŞ rəsmisi “Axios”a məlumat verib.

“Uitkoff Əbu-Dabiyə getməzdən əvvəl İsrailə səfər edəcək. Əbu-Dabidə isə 4-5 fevral tarixlərində Rusiya və Ukrayna arasında danışıqlar baş tutacaq”, - mənbə bildirib.

“Axios”un məlumatına görə, Uitkoffun İran tərəfi ilə isə hər hansı bir görüşü hələlik planlaşdırılmayıb.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi İsraildə Baş nazir Benyamin Netanyahu və İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamirlə görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR